• 24 Noyabr 2024 10:31

30 ili yaddaşından silən BAŞ AĞRISI: Reyqanı tanıyır, ərini yox.. – ŞOK

 

2018-ci ilin oktyabrında 56 yaşında Kim Denikola şiddətli baş ağrısı və bulanıq görmə ilə komaya düşüb və xəstəxanaya aparılıb.

Tacxeber.com xəbər verir ki, ABŞ-ın Luiziana ştatında yaşayan qadın xəstəxanada oyananda son 30 ili xatırlamayıb. Kim Denikola oyananda özünü hələ 1980-ci illərdə yaşayan gənc qız zənn edib.

Xəstəxananın təcili yardım otağında gözlərini açan qadına tibb bacısı gündəlik suallar verməyə başlayıb. Qadının qəribə cavablarından şübhələnən tibb işçisi Kimdən soruşub ki, bu gün hansı gün və ildə olduğunu xatırlaya bilərsinizmi?

Qadın bəli, 1980-ci ildir deyib.

Tibb bacısı bir anlıq dayanıb və qadından soruşub: “Bəs prezidentimiz kimdir?” Cavab yenə şok oldu: “Ronald Reyqan” (80-ci illərdə ABŞ-ın 40-cı prezidenti)

Tacxeber.com

Oxşar xəbərlər