• 23 Noyabr 2024 22:54

Putin Paşinyan üçün rus dilindən “rus dilinə tərcümə edir” – VİDEO

 

Xəbər verdiyimiz kimi, bu gün Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilir.

Tacxeber.com “RİA Novosti”yə istinadla xəbər verir ki, artıq görüşdən foto və videolar yayılmaqdadır.

Görüş çərşivəsində Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan söhbət ediblər.

MDB ölkələrinin liderləri Pavlovskda ekskursiyadadır.

Rusiya mətbuatında yayılan videoda bələdçinin sözlərindən sonra Rusiya prezidentinin Ermənistanın baş nazirinə nəyisə izah etdiyi göstərilir.

Rusiya mətbuatı tərəfindən yayılan videoda bələdçinin sözlərindən sonra Rusiya prezidentinin Ermənistanın baş nazirinə nəyisə izah etdiyi göstərilir. Belə nəticəyə gəlmək olar ki, Putin Paşinyana bələdçinin rus dilində dediyi sözləri daha bir dəfə rus dilində başa salmağa cəhd edir.

 

Oxşar xəbərlər