• 20 Sentyabr 2024 14:25

Dünyada xərçəng xəstəliyinin ən çox və ən az yayıldığı ölkələr – SİYAHI

 

Ümumdünya Səhiyyə Təşkilatının Xərçəng Reyestrinin İnkişafı üzrə Qlobal Təşəbbüsü xərçəng xəstəliyininin yayılma hallarının sayına görə ən təhlükəli və təhlükəsiz ölkələrin siyahısını açıqlayıb.

Tacxeber.com xəbər verir ki, siyahıya əsasən, insan sağlamlığı üçün ən təhlükəli ölkələr siyahının əvvəlində, ən təhlükəsizlər isə sonlarında yer alıb.

Hər 100 min nəfərə düşən xərçəng hallarına görə ölkələr aşağıdakı kimi sıralanıb:
1. Danimarka: 335
2. İrlandiya: 326
3. Belçika: 322
4. Macarıstan: 321
5. Fransa: 320
6. Hollandiya: 315
7. Avstraliya: 312
8. Norveç: 312
9. Sloveniya: 300
10. ABŞ: 297

Sözügedən siyahıda 176 ölkə arasında Rusiya 229 nəfərlə 44-cü, qardaş Türkiyə 225-nəfərlə 45-ci, Ermənistan 200 nəfərlə 58-ci, Gürcüstan 191 nəfərlə 63-cü, İran 148 nəfərlə 92-ci, Azərbaycan isə 138 nəfərlə 100-cü yerdə qərarlaşıb.

Siyahıda hər 100 min nəfərə düşən ən az xərçəng xəstəliyi hallarının qeydə alındığı son 5 ölkə isə aşağıdakı kimidir:

172. konqo 84
173. Butan 81
174. Nepal 80
175.Qambia 79
176. Niger 76

Tacxeber.com

 

 

Oxşar xəbərlər