• 24 Noyabr 2024 15:53

Vüqar efirdə ağladı: “Onlar məni əzib…”

Vüqar efirdə ağladı: “Onlar məni əzib...”

“Biz sənətçilər ruh insanıyıq. Ona görə bizi idarə etmək çox asandır. Bizi incitməyin. Vicdansız olmaq asan məsələdir. İnsanda vicdanın olması yaxşı şeydir. Nələrsə üçün onu itirməyək. Acından ölməyəcəksiniz, çörəksiz qalmayacaqsınız”.

Tacxeber.com Bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri “Bariton” ləqəbi müğənni Vüqar Muradov deyib.

O, “Tarixin bir günü” verilişində bildirib:

“30-40 minlik avtomobildən və bahalı görünməkdən ötrü insanların qüruru ilə oynamayın, vicdansızlıq etməyin. Şərəf və ləyaqətlə yaşamağa çalışaq. Var-dövlətim olmasa da, dünyanın xoşbəxti mənəm. Çünki canım sağlamdır, rahat nəfəs alıram, məni sevən ətrafımda 3-4 insan var. Məcbur deyilsiniz, nəyəsə görə insanları alçaltmağa, gözdən salmağa, əzməyə və tapdalamağa. Ömür o qədər qısadır ki, buradan çıxdın, yoxsan həyatda. Qısa ömrümüzü belə şeylərə həsr etməyək. Mən zəifəm, boynuma alıram. Verilişinizə çağırın, mahnılarımı oxuyum, deyib gülüm, söhbət edək, bağrıma basım. Baxmayın ki, iki metr boyum var…

Məni rahat buraxın. Məni pis şeylərə görə verilişlərinə çağırmasınlar, tanımasınlar və saymasınlar. Məni yandıran odur ki, məndən sonra bu sənətə gələnlərin kifayət qədər toyu, məclisləri var amma… Tamaşaçılar məni kobud insan kimi tanıyır. Axı niyə karyerama toxundunuz? Çörəyimlə niyə oynadınız? Vüqarı qızışdırdınız və saldınız ortaya…”

Tacxeber.com

Oxşar xəbərlər