Taksi sürücüsünün davranışı tanınmış psixoloqu təəccübləndirib.
Tacxeber.com xəbər verir ki, psixoloq Minayə Kazımlı bu gün bir taksidə qarşılaşdığı maraqlı hadisə barədə danışıb.
Psixoloq gün ərzində bir neçə xoş və qəribə olan hadisələr yaşadığını bildirərək, onlardan ən maraqlısını dostları və izləyiciləri ilə bölüşüb.
“Bir az əvvəl manatlıq taksi sürücüsünə ödənişi uzatdım, götürmədi. Dedi ki, hicablı xanımlardan ödəniş götürmürəm. Nə qədər təkid etdimsə, götürmədi. Təkcə mən deyil, digər sərnişinlər də qəribə oldu” – yazan psixoloq qeyd edib ki, hicaba qarşı mənfi rəy və münasibətlərin artdığı bu dönəmdə, bu cür münasibət onu həm heyrətləndirib,həm də qürurlandırıb.
“Bu cür xidmət etmək hər kəsə qismət olmaz, amma Allahdan arzum budur ki, insanları mənəvi dəyərlərə həvəsləndirən bu cür insanların sayını çoxaltsın və hər iki dünyada məqamını uca eləsin”, – deyə pxisoloq qeyd edib.