“Salah üçün ən azı 200 milyon avro ödəyərdim”
İtaliya millisinin və “Roma”nın sabiq hücumçusu Françesko Totti əvvəllər eyni klubda çıxış etdiyi “Liverpul”un futbolçusu Məhəmməd Salah haqqında fikirlərini bölüşüb.
O, misirli oyunçu barədə müsbət fikirlər səsləndirib: “Salah böyük oyunçu olmamışdan əvvəl təvazökar bir oğlan idi. Onun bizimlə əla çempionluğu var idi. Bilirdim ki, “Liverpul” kimi kluba keçsə, daha da güclənəcək. O, dünyanın ən yaxşı on oyunçusundan biridir. Mən Salah üçün ən azı 200 milyon avro ödəyərdim”.
Qeyd edək ki, Salah 2017-ci ilin yayından “Liverpul”da çıxış edir. Onun klubla müqaviləsi 2025-ci ilin iyununda başa çatır. O, 2015/2016, və 2016/2017 mövsümlərində “Roma”da oynayıb. /Qol.az