Emin Əmrullayev: “Son illər ali təhsil alanların sayı 3 dəfə artıb”
– Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, son illərdə ali təhsil alanların sayı 3 dəfə artıb.
– Azərbaycanda ali təhsil alan şəxslərin sayı son 5 ildə 55132 nəfər və ya 32.3%, son 10 ildə 77275 nəfər və ya 53%, son 15 ildə 92379 nəfər və ya 70.8%, son 20 ildə isə 102770 nəfər və ya 85.6% artıb.
– Müstəqilliyin əldə edilməsindən 2022-2023-cü tədris ilinə qədər ali təhsil alan şəxslərin sayı 114864 nəfər və ya təxminən 2 dəfə artıb.
– Son 10, 15, 20 ildə heç vaxt ali təhsil alan şəxslərin sayı 3 dəfə artmayıb.
Noyabrın 1-də keçirilən Təhsilin İnkişafı Forumunda çıxışı zamanı Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, son illərdə ali təhsil alanların sayı 3 dəfə artıb.
“Fakt Yoxla” nazirin təhsil alanların sayı ilə bağlı iddiasının doğru olub-olmadığını yoxlayıb.
Elm və təhsil nazirinin açıqlamasında “son illər” ifadəsi qeyri-müəyyən olsa da, biz son 5, 10, 15 və 20 ildə ali təhsil alan şəxslərin sayını müqayisə etməyi qərara aldıq. Dövlət Statistika Komitəsi bildirir ki, 2022-2023-cü tədris ilində ali təhsil müəssiələrində təhsil alan şəxslərin sayı 222809 nəfər olub. İllər üzrə ölkənin bütün universitetlərində ali təhsil alan şəxslərin sayı aşağıdakı kimi olub: