Bu günlərdə Bakıda hind quşunun qiymətində kəskin artım müşahidə olunur.
Qaynarinfo xəbər verir ki, bir neçə gün öncə bir kilosu 15 manata təkilf edilən hünd quşu indi 25-30 manata satılır.
Satıcılar bunun səbəbini Yeni il bayramı ilə əlaqələndirir. Onların sözlərinə görə, hər il Yeni il bayramı ərəfəsində hünd quşunun qiymətində kəskin artım müşahidə olunur. Bayramdan sonra isə qiymət əvvəlki həddinə qayıdır. Belə ki, hazırda kilosu 25-30 manata təklif edilən hind quşu yanvarın birinci ongünlüyündə 14-15 manata enəcək.