• 24 Noyabr 2024 13:19

İslam dinində Yeni il bayramını keçirmək qadağandır? – AÇIQLAMA

 

“Əslində, hər bayramın əsaslandırıcı, xüsusi əhəmiyyətli mənası var. Özümüzə sual verək – Yeni ilin hansı əlamətdar xüsusiyyəti var ki, bayram kimi qeyd olunur? Təqvim təzələnməsi ilə bağlıdır, ya da bunun milli-dini əsası olmalıdır. Bir ilahiyyatçı kimi fikrimi bildirirəm ki, Yeni il İsa Məsihin miladı ilə bağlıdır. Müsəlman olaraq 124 min İlahi elçinin hər birinə doğma yanaşır, onları peyğəmbər qəbul edirik, İsa peyğəmbər də o cümlədən. 2024 il bundan əvvəl İsa peyğəmbər Miladi təqdimi ilə dekabr ayının, təxminən, 25-26-da dünyaya gəlib. 2024-cü il təqvimi də buradan qaynaqlanır. Bunu əksər sivil ölkələr, xüsusən xristian dünyası bayram kimi qeyd edir. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Yəni bu təqvimin Azərbaycanda qeyd olunmasının milli əsası var. Məhz ilin son gününü əlamətdar gün kimi qeyd edirik. Həmin tarixin müsəlmanlıqla bağlı dini əsası isə İsa Peyğəmbərin dünyaya gəlişidir”.

Bu sözləri Pravda.az-a açıqlamasında ilahiyyatçı Təyyar Hüseynli deyib.

O, Ramazan və Qurban bayramının Yeni il qədər təmtəraqlı keçirilməməsi barədə tənqidlərə də münasibət bildirib: “Əksinə, mən belə deməzdim. Son illər Ramazan və Qurban bayramı da cəmiyyətimizdə çox yüksək coşqu ilə qeyd olunur”.

Tacxeber.com

Oxşar xəbərlər