• 21 Sentyabr 2024 10:46

24 saatda məhv etdilər – Ukrayna ordusundan Rusiyaya ağır zərbə

 

Ukrayna ordusu cəbhənin Tavriya istiqamətində Rusiya ordusuna ağır zərbələr endirib.

Tacxeber.com xəbər verir ki, “Tavriya” briqadasının komandiri, general Aleksandr Tarnavski son 24 saat ərzində 20 rus hərbçisinin təslim olduğunu açıqlayıb.

“Tavriya əməliyyat zonasında 20-yə yaxın rus işğalçısı təslim oldu. Həmçinin, son 24 saat ərzində düşmənin xeyli sayda zirehli texnikası məhv edilib və sıradan çıxarılıb”, – ukrayalı general bildirib.

Onun sözlərinə görə, Rusiya ordusu əsas səylərini Avdeyevski, Mryinski və Zaporoyje istiqamətlərinə cəmləyib.

Tacxeber.com

Oxşar xəbərlər