• 25 Noyabr 2024 05:59

“İranı xəritədən silin” – ABŞ senatoru

“İranı xəritədən silin” - ABŞ senatoru

“İrandan maliyyə alan husilərdən qurtulmaq üçün bu ölkənin özünü vurmaq lazımdır”.

Belə çağırışla ABŞ-nin Cənubi Karolina ştatından olan respublikaçı senator Lindsi Qrem “Fox News” telekanalında çıxış edib.

Siyasətçinin fikrincə, İran olmadan husilər olmayacaq.

“Mən altı aydır ki, İranı vurmağa çağırıram. Onların neft yataqları var və ölkənin İnqilab Keşikçilərinin qərargahı kosmosdan görünür. Bu ölkəni xəritədən silin”, – deyə Qrem bəyan edib.

O, Pentaqonun rəhbəri Lloyd Ostinə zəiflik nümayiş etdirməməyi və “qırmızı xətlərin” nə olduğunu İrana başa salmağı tövsiyə edib.​/Oxu.az

Tacxeber.com

Oxşar xəbərlər