Faiq Ağayevin fotosu dünyanın ən bahalı küçəsində: qiyməti isə… – VİDEO
Xalq artisti Faiq Ağayevin fotosu dünyanın ən məşhur küçəsində yayımlanıb.
Tacxeber.com xəbər verir ki, bununla bağlı sənətçi sosial şəbəkələrdə paylaşım edib.
Müğənninin fotosu ABŞ-nin Nyu York şəhərində yerləşən “Tayms” meydanındakı çoxmərtəbəli binalardan birinin nəhəng monitorunda əks etdirilib.
Monitorda F.Ağayevin fotosu ilə yanaşı, “doğum günün mübarək, kral” sözləri yer alıb.
Qeyd edək ki, bu gün Faiq Ağayevin 51 yaşı tamam olur.
Onu da əlavə edək ki, “Times square” dünyanın ən bahalı küçələrindən biridir.
Araşdırmamız zamanı məlum oldu ki, sözügedən ərazidə yerləşən binaların üzərindəki bilbordda foto və videoların yayımlanmasının qiyməti rezerv edilən vaxta görə dəyişir.
Belə ki, siz dünyanın ən bahalı meydanlarından olan “Tayms”da fotonuzun 15 saniyəlik nümayiş edilməsini istəyirsinizsə, 40 dollar, gün ərzində 20 dəfə 15 saniyəlik nümayiş üçün 500 dollar, 12 saatlıq sifariş üçün isə 115 min dollarınızdan keçməlisiniz.