• 26 Noyabr 2024 11:35

Dünya əhalisinin sayı daha da artaraq …..

ABŞ Siyahıyaalma Bürosunun məlumatına görə, 2024-cü il yanvarın 1-də dünya əhalisini sayı 8 milyarda çatacaq.

ABŞ Siyahıyaalma Bürosu dünya əhalisinin 2023-cü ildə 75 milyon artacağını və 2024-cü il yanvarın 1-də 8 milyarda çatacağını açıqlayıb.

Qurumun dünən açıqladığı məlumatda qeyd edilir ki, 2023-cü ildə dünya əhalisi 1 faiz artıb, 2024-cü ildə isə dünya üzrə saniyədə 4,3 doğum və 2 ölüm olacaq. Bu proqnoza əsasən, 2024-cü ildə dünyada əhali sayı 72-73 milyon nəfər artacaq. Artım əsasən aşağı inkişaf səviyyəsinə malik ölkələr hesabına baş verəcək.

Dünya əhalisinin sayı 1960-cı ildə 3 milyard nəfərə, 1974-cü ildə 4 milyard nəfərə, 1986-cı ildə 5 milyard nəfərə, 1998-ci ildə 6 milyard nəfərə, 2010-cu ildə 7 milyard nəfərə çatmışdı.  (Sfera)

Tacxeber.com

Oxşar xəbərlər