• 26 Noyabr 2024 17:50

İsrail İranı “şər imperiyası” adlandırdı: Devrilməlidir

 

İsrailin keçmiş baş naziri Naftali Bennett İranı “şər imperiya” adlandırıb.

Tacxeber.com xəbər verir ki, o, bu barədə Amerikanın “Wall Street Journal” qəzetindəki məqaləsində yaxıb. O bildirib ki, İran Yaxın Şərqdəki çoxsaylı qruplaşmaları, o cümlədən Fələstinin HƏMAS hərəkatını, eləcə də hərbiləşdirilmiş “Hizbullah”ı dəstəkləyir.

“İranın dəstəklədiyi HƏMAS oktyabrın 7-də 1200 israillini öldürdü və Qəzza zolağında genişmiqyaslı müharibəyə səbəb oldu. O vaxtdan bəri İranın da dəstəklədiyi “Hizbullah” İsrailin şimalındakı ərazilərə 1000-dən çox raket atıb. Yəməndə İranın dəstəklədiyi husilər Süveyş kanalında gəmilərə hücum edərək onları ələ keçirirlər”, – Bennet yazır.

Keçmiş baş nazir vurğulayıb ki, “İranın “şər imperiyası” devrilməlidir”.

Tacxeber.com

Oxşar xəbərlər