Putinin rəsmi saytı hücuma məruz qaldı Dünya 29 Dekabr 2023 20:20 113 Rusiyanın dövlət başçısı, prezidentliyə namizəd Vladimir Putinin rəsmi saytı (www.putin2024.ru) xaricdən DdoS hücumlara məruz qalıb. Tacxeber.com xəbər verir ki, bu barədə saytın qərargahı məlumat verib. Bildirilib ki, hücumun qarşısının alınması ilə bağlı tədbirlər görülür. Qeyd edək ki, bu gün sözügedən saytın fəaliyyətə başlaması ilə bağlı məlumat yayılmışdı. Tacxeber.com