• 24 Noyabr 2024 05:41

Rusiyaya PUA hücumu: Mühüm zavodlar vuruldu.

Bu gecə Ukrayna ordusu Rusiyanın müxtəlif bölgələrində yerləşən hərbi obyektlərə hücum həyata keçirib.

 

Bu barədə Ukraynanın “Liga.net” saytı xüsusi xidmət orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

 

Bildirilib ki, Ukrayna hərbçiləri onlarla müxtəlif tipli PUA-dan istifadə edib və rusların hərbi sənaye kompleksinə əhəmiyyətli zərbə vurulub:

 

“PUA-ların hədəfi Bryanskdakı kimya zavodu, eləcə də raket sistemləri üçün elektron komponentlər istehsal edən zavodlar olub. Bundan əlavə, Moskva, Tver, Tula və Belqorodda yerləşən hərbi infrastruktur obyektləri də hücuma məruz qalıb. Bəzi PUA-ların Rusiya hava hücumundan müdafiəsi tərəfindən vurulmasına baxmayaraq, əhəmiyyətli bir hissəsi hədəflərinə çatıb”.

 

Qeyd edək ki, bu gün Rusiya Müdafiə Nazirliyi 4 vilayətə Ukrayna tərəfdən PUA hücumu edildiyi ilə bağlı məlumat yaymışdı. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər