İran deputatı Azərbaycan sərhədini pozdu – VİDEO Dünya 02 Yanvar 2024 17:15 168 Gilan əyalətinin İran parlamentindəki nümayəndəsi Həsən Məhəmmədyari Azərbaycan sərhədini pozub. Tacxeber.com xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilib ki, bu, dekabrın 30-da İran və Azərbaycan arasında Astarada yeni sərhəd keçid məntəqəsinin açılışı mərasimi zamanı baş verib. Protokolları pozaraq sərhəd zolağından keçən millət vəkilinin Azərbaycan sərhədçiləri tərəfindən geri qaytarıldığı bildirilib. Tacxeber.com