Türkiyə üçün FƏLAKƏT PROQNOZU: “Düşünürəm ki, biz yaza qədər…” Dünya 02 Yanvar 2024 22:04 173 Türkiyəli geofizik, professor Övgün Ahmet Ercan ölkədə yaza qədər güclü zəlzələ olacağını proqnozlaşdırıb. Tacxeber.com xəbər verir ki, bu barədə “Haber Global” telekanalı onun çıxışından sitat gətirib. Amma o, yeraltı təkanların dəqiq yerini müəyyənləşdirməkdə çətinlik çəkib: “Bu və ya digər şəkildə düşünürəm ki, biz yaza qədər zəlzələ görəcəyik. Hazırda bunun harda olacağını bilmirəm. Təəssüf ki, mənzərə belədir”. O qeyd edib ki, 2011-ci ildə Vanda baş verən zəlzələ zamanı gərginlik Hatai və Hakkari faylarına da keçib. Tacxeber.com