• 25 Noyabr 2024 04:45

Tokayev növbəti prezident seçkilərində iştirak etməyəcək

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev “Egemen Qazaxıstan” qəzetinə müsahibəsində 2026-cı ildə keçiriləcək prezident seçkilərində iştirak etməyəcəyini bildirib.

Tacxeber.com xəbər verir ki, bununla da Tokayev ikinci dəfə prezident seçkilərində iştirak etmək üçün konstitusiya islahatı aparmaq niyyətində olduğu haqda şayiələrə cavab verib. “Bundan sonra hər kəs istədiyini edə və Konstitusiyaya dəyişiklik edə bilməyəcək”, – prezident bildirib.

Onun fikrincə, Konstitusiyanın prezidentin bir müddətə seçilə biləcəyi bəndi heç vaxt dəyişməməlidir.

Xatırladaq ki, 2022-ci ilin yayında ölkədə Əsas Qanuna dəyişiklik edilməsi haqqında referendum keçirilib. Yeni normalara görə, prezident yeddi il müddətinə seçilir, onun qohumları yüksək dövlət vəzifələri tuta bilməz, bundan əlavə, respublikanın ilk prezidenti Nursultan Nazarbayevin adı Konstitusiyanın mətnindən çıxarılıb.

Tacxeber.com

Oxşar xəbərlər