• 25 Noyabr 2024 10:27

Kərim biznes qurur: “Ən azı 80-100 min manat”

Kərim biznes qurur: “Ən azı 80-100 min manat”

“Sentyabrda özümə aid brendim olacaq. Elə geyimlər satışa çıxarılacaq ki, başqa heç bir mağazada onlardan görə bilməyəcəksiniz. Sırf səhnə geyimləri olacaq. Zövqlü geyimlər gətizdirəcəyəm. Sıradan və boşluğu dolduran geyimlər olmayacaq”.

Tacxeber.com xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov deyib.

“Xəbərin var?” verilişində qonaq olan sənətçi bu biznes üçün 80-100 min manat lazım olduğunu bildirib:

“Biznes qurmaq üçün minimum 50 min manat olmalıdır. Fikrimdə geyim mağazasıdır. Yer də danışmışam, malların haradan gətiriləcəyini də dəqiqləşdirmişəm. Ən azı 80-100 min manat pul lazımdır”.

Tacxeber.com

Oxşar xəbərlər