Burda sizinlə dustaq kimi davranırlar – Dünyanın ən qəribə hoteli
Dünyanın ən qəribə hoteli haqda bilirsiniz? Bu, hotel, əslində həbsxana-hotel kimi fəaliyyət göstərir. Həbsxana 100 ildən çox əvvəl fəaliyyətə başlayıb. Bu, Avropada turistlər üçün açıq olan yeganə hərbi həbsxanadır. Maraqlısı orasıdır ki, həbsxanadan indiyənə kimi heç kim qaçmayıb
Müxtəlif sorğularda Latviyanın Karosta həbsxanası dünyanın ən təəccüblü və ən qeyri-adi hoteli seçilir.
ABŞ-dan olan Ghost Hunters İnternational təşkilatı Karosta həbsxanasını dünyanın ən çox ümidsizliyə apardığı yer kimi qiymətləndirib.
Hotelin qonaqları sənəd imzalayıb bütün gecə boyu hotelin işçilərinin onlarla dustaq kimi davranmalarına razılıq verməlidirlər. Demək olar ki, XX əsr ərzində həbsxana divarlarında çar, nasist daha sonra isə sovet rejiminin qurbanları saxlanılıb. Hazırda bina muzey, ekstrim, həyəcan sevənlər üçün hotel kimi fəaliyyət göstərir. Bir gecə üçün cəmi 16 dollar ödəməklə qonaqlar kommunist dövrünün dustaqlarının yaşadıqlarını yaşaya, həmçinin təhqir və fiziki zorakılıqla üzləşə bilərlər.
Qeyri-adi hoteldə qalmağa razılaşanlar yerdə salınmış matraslarda yatmalı, həbsxana yeməyi ilə qidalanmalı, həmçinin həbsxana işçilərinin təhqirlərini dinləməli, onların əməllərinə itaət etməli olurlar. Həbsxana-hotelin qaydalarını pozan şəxslər, həbsxananı təmizləmə cəzasına məruz qalırlar. Bundan əlavə, gecənin yarısı həbsxana işçiləri “dustaqları” oyada da bilər. Keçmiş dustaqlar və hotelin qonaqları arasındakı yeganə fərq odur ki, bu işgəncələrə dözməyən qonaq buranı istənilən vaxt tərk edə bilər. Həbsxanada gecələr qapılar öz-özünə çırpılır, dəhlizlərdən gözəgörünməyən zəncir səsləri gəlir.
Liepajanın Karosta qarnizon həbsxanası XX əsrin əvvəllərində tikilib və bütün dövrlərdə XX əsrin əvvəllərindən donanma dənizçiləri və rütbəsiz zabitlər üçün qısamüddətli intizam cəzası yeri kimi istifadə olunub. 1905-ci ildə inqilab hadisələrində iştirak edən qarnizon matrosları cəzalarını həbsxanada çəkiblər. Bina həm Sovet, həm də Latviya Hərbi Dəniz Qüvvələri tərəfindən dənizçilər və kiçik zabitlər üçün qısamüddətli intizam cəzası yeri kimi istifadə edilmişdir. Sonuncu məhkumlar kameraların divarlarına təqvimlər, rəsmlər, şüarlar, sözlər və mesajlar cızıblar – bu hadisə bir müddət əvvəl, 1997-ci ildə baş verib.
Karosta həbsxanasına ekskursiyalar yalnız bələdçiliklə aparılır. Ekskursiyanın müddəti 45 dəqiqədir. Ekskursiya zamanı siz çar dövründən indiyədək dəyişməmiş həbsxananı görmək, Karostanın tarixi və həbsxana həyatından maraqlı hadisələrlə tanış olmaq imkanı əldə edəcəksiniz. Həmçinin Liepajada həbsxana kameraları və cəza kamerası, habelə Karosta həbsxanasının muzeyinin İkinci Dünya Müharibəsi, Kureliesi, Sovet dövrü və üçüncü Latviya Oyanışı haqqında ekspozisiyasını görmək mümkündür.