• 23 Noyabr 2024 04:10

Xamenei hədələdi: Cavab çox ağır olacaq!

 

İran millətinin şər və cinayətkar düşmənləri daha bir fəlakət yaradaraq, Kirmanda şəhid məzarlarının ətirli havasında çoxlu sayda əziz insanı şəhid etdilər.

Tacxeber.com axar.az-a istinadən xəbər verir ki, bu sözlər İranın dini lideri Əli Xameneinin Kirman şəhərində baş verən terror aktı ilə bağlı yaydığı müraciətdə əks olunub.

Xamenei bildirib ki, cinayətkarlar xalqın öz böyük sərkərdəsi Qasım Süleymaninin məqbərəsini ziyarət etmək sevgisinə və həvəsinə dözə bilmədilər:

“Bilsinlər ki, Süleymaninin əsgərləri onların rəzilliyinə və cinayətinə dözməyəcəklər. Günahsızların qanına bulaşmış əllər də, onları bu yanlışlığa sürükləyən pozğun beyinlər də bundan sonra qəti repressiya və ədalətli cəza hədəfi olacaq. Bilsinlər ki, bu fəlakətin cavabı ağır olacaq, inşallah”.

Qeyd edək ki, bu gün İranın Kirman şəhərində general Qasım Süleymaninin anım mərasimi zamanı ard-arda iki partlayış baş verib. Partlayışlar nəticəsində ölənlərin sayı 103, yaralananların sayı isə 211-ə çatıb. Terror aktı ilə əlaqədar sabah ölkədə matəm elan edilib.

Tacxeber.com

Oxşar xəbərlər