Xamenei əmr verdi: ABŞ və İsraildən belə “qisas” alacaqlar
İranda Kirman partlayışından sonra ali dini lider Əli Xamanei “qisas” əmri verib. Tacxeber.com xəbər verir ki, bu barədə “Nyu-York Tayms” nəşri yazır.
Nəşrin iddiasına görə, Xamenei cavab tədbirlərinin İsrailə və ABŞ bazalarına qarşı “proksi qüvvələr” (Yəməndə husilər, Livanda Hizbullah, Suriyada silahlı dəstələr-red) hücumları ilə məhdudlaşdırılmasına göstəriş verib.
Xamanei generallarını ABŞ-la birbaşa hərbi qarşıdurmadan çəkinməyə çağırıb.
Qeyd edək ki, İranın Kirman şəhərində Qasım Süleymaninin anım mərasimi zamanı partlayış törədilib.