Ukraynada azərbaycanlı itkin düşdü – Video Dünya 04 Yanvar 2024 18:31 105 Ukraynada müharibə davam edir. Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb. O bildirib ki, Zaporojye, Xerson, Xarkov və Donetsk vilayətində vəziyyət gərgindir: “Bir gecədə 58 hərbi toqquşma baş verib. Hər iki tərəf kifayət qədər itki verib”. Qeyd edilib ki, Zaporojye vilayətində əslən azərbaycanlı olan 1978-ci il təvəllüdlü Pənah Əli oğlu Hüseynov 10 gündür itkin düşüb. O da bildirilib ki, Ukrayna 230 hərbi əsiri Rusiyadan geri qaytarıb. Əsirlərin siyahısı açıqlanmayıb. Tacxeber.com