• 24 Noyabr 2024 03:09

“Sevəcəyim şəxs milyonçu olmalıdır”  

“Sevəcəyim şəxs milyonçu olmalıdır”  

“Mənim üçün kişinin zahiri gözəlliyi önəmli deyil. Çünki bir yaraşıqlı kişi sənin yox, elindir. Fikrimcə, kişi xarizmatik və sözünə əməl edən olmalıdır. Hamı ona hörmət etməlidir, yaxşı mənada ondan çəkinməlidir. Yaraşıqlı olması o qədər də önəmli deyil. Ən önəmlisi, insanın energetik baxışıdır”. 

Tacxeber.com xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli“Xəbərin var?” verilişində deyib. O bildirib ki, sevəcəyi şəxs imkanlı olmalıdır:

“Yanımda olmaq istəyən bir kişi məndən qat-qat artıq pul qazanmalıdır. Sevəcəyim şəxs minimum milyonçu olmalıdır. Mənim kimi qadını “daşımaq” çox çətindir. Ona görə də, ağ qatlı şahzadələri anlayıram. Mənə heç bir kişi bu yaşımda qadağa qoya bilməz. Qadağa qoyan bir insan var idi, o da atam idi. Atam da dünyasını dəyişdi. Atamdan bir də Allahımdan başqa heç kimdən çəkinməmişəm”.

Tacxeber.com

Oxşar xəbərlər