• 20 Sentyabr 2024 06:37

“Lalə səhvini başa düşdü” – Brilliant Dadaşova ilk dəfə danışdı

 

“Nağıllarda da görürsünüz ki, şeytan min cildə girir. Min cildə girən insanlardan çox qorxuram. Hərdən mənə deyirlər ki, sən də onlar kimi ol. Çıxırsan qazetlərdə, televiziyada, radioda hisslərini deyirsən. Onlar altdan həmin işləri görürlər. Mən belə etsəm, gecə yata bilmərəm. Çünki şəxsiyyətim buna əsla yol verməz”. 

Tacxeber.com xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova “Xəbərin var?” verilişində deyib. Müğənni illərlə küsülü olduğu Əməkdar artist Lalə Məmmədova ilə barışmalarından danışıb:

“Lalə ilə həyatda tanış deyildim. Sadəcə televizora görürdüm ki, bir qız oxuyur və “xırdalıqları” gözəl edir. Lalənin çox yaxşı sənəti var. Mənim “xırdalıqlarımı” etmək hər adamın da işi deyil. Sonra gördüm ki, Lalə müəllim kimi başqasının adını çəkir. Mən də kənarda dayandım. Lalə efirə çıxıb haqqımda xoşaqəlməz şeylər danışırdı. Bunu isə o bir neçə dəfə təkrar etdi. Ondan sonra anladım ki, mənlik deyil. Amma yenə də Lalə öz səhvini başa düşdü. Ondan əvvəl stilist Elnur Həsənovun salonunda Lalə ilə tez-tez qarşılaşırdıq. Düşünürdüm ki, orda yaxınlaşar. Orada tək olurdum, gəlib danışa bilərdi”.

B.Dadaşova barışıqlarının sosial şəbəkədə tənqid olunmasından bəhs edib:

“Laləyə aid deyil. Amma çıx ağzına gələni danış, sonra gəlib qabağına qaçıb minsifətlilik et? Niyə minsifətliliyi, tərbiyəsizliyi niyə səmimiyyət kimi qələmə verirlər? Şərhləri də hansısa müğənninin adamları yazır. Mənə əhəmiyyətli deyil. İndi Lalə ilə görüşürük, qucaqlaşırıq, danışırıq”.

Tacxeber.com

Oxşar xəbərlər