• 24 Noyabr 2024 02:18

Roza Zərgərlinin “milyonçu kişi” arzusu:  “Normaldır…”

 

Roza Zərgərlinin “milyonçu kişi” arzusu:  “Normaldır...”

Ötən gün müğənni Roza Zərgərli efirdə verdiyi açıqlama maraqla qarşılandı.  Belə ki, sənətçinin “Mənim sevəcəyim şəxs milyonçu olmalıdır, mütləq özümdən çox qazanmalıdır” fikri müzakirələrə yol açdı. Bəziləri ifaçını buna görə tənqid atəşinə də tutdu.

Bəs görəsən, qadınlar niyə maddi gücü özlərindən artıq olan kişilərlə birlikdə olmaq istəyirlər? Ailə münasibətlərində cütlüklərin qazancı nə dərəcə rol oynayır?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan psixoloq Gülnar Orucova bildirib ki, karyera qurmuş güclü qadınlar heç vaxt yanlarında zəif kişi görmək istəmirlər:

“Yüksək təhsilli, çalışan, eləcə də karyera quran qadınlarla evdar qadınların kəskin surətdə fərqi var. Bu fərq dost seçimində, həyata baxışda xüsusilə özünü göstərir. Özgüvənsiz kişi hər zaman istəyir ki, yanında elə bir qadın olsun ki, o daim ondan nə isə istəsin və kişi də onu etsin. Bu ona görə lazımdır ki, kişi qadının ehtiyaclarını qarşılasın və özünü güclü hiss etsin.

Özgüvənli qadın isə fərqli olur, o özü qazanır, özü ehtiyaclarını ödəyir, onun kiməsə ehtiyacı yoxdur.

Karyera quran, uğura imza atan, böyük işlərə imza atan qadınların çoxu təkdir. Onların yanında hansısa kişi, yaxud evlilik olmur. Güclü qadın xoşbəxt olmur. Qadın bu həyata atılır, işləyir, qazanır, karyera qurursa, ailəsini saxlayırsa, yüklü çəkirsə, o güclü qadındır, lakin bu o demək deyil ki, o xoşbəxtdir. Güclü qadın özgüvənli olur və hər kişini bəyənmir və Roza Zərgərli kimi çıxış etməsi normal sayılır. Güclü qadın ehtiyacı olmasa belə istəyir ki. onun yanında elə bir kişi olsun ki, hər an ona öz yaşadığı həyatın 5 qat üstününü yaşada bilsin.

 Karyera qurmuş qadınlar heç vaxt həyatında zəif kişinin olmasını istəmir. Burada söhbət təkcə müğənnilikdən getmir. Zatən indiki müğənnilərin çoxu karyera qurmayıb sadəcə kiminsə hesabına, sponsorlar sayəsində bu aləmə gəlib. Karyera quran müğənnilər o vaxt olub, Sara Qədimova, Flora Kərimova, İlhamə Quliyeva, Zeynəb Xanlarova belə sənətkarlardandır. İndikilər isə bədənşəkilləndirmə sayəsində, kiminsə hesabına bu sənətə gəliblər. Yaxud kiminsə ailəsini dağıdaraq kişini özlərinə “həyat yoldaşı” ediblər. Bəzən buna “məntiq evliliyi” deyirlər, bu məsələdə isə heç bir məntiq yoxdur, özünə hörmət edən, məntiqi olan qadın öz ayaqları üzərində dayanmağı bacarır. Bu məntiqdən doğan evlilik deyil, tamah və pul hərisi olmaqdır”.

Güclü qadın özündən güclü və maddi imkanı çox olan kişini yanında görmək istəyir”.

Ekspert qeyd edib ki, ailədə kişi qadından daha çox qazanırsa, bu ailə daha uğurlu olur.  Onun sözlərinə görə, belə olan halda, qadın kişiyə daha çox hörmət edir:

“Hər kəs öz təbəqəsində olan şəxslərlə ailə qurmalıdır. Bəzən özlərindən yaşca kiçik, yaxud çox böyük şəxslərlə ailə qururlar. Amma bu evliliklər çox yürümür.

Kişi əgər qadından maddi baxımdan daha üstündürsə, o ailə daha uğurlu olur. Bu zaman qadın da kişiyə hörmət etməyi bacarır. Təbii ki, bu hər qadına da aid deyil. Elə qadınlarımız var ki, özlərindən aşağı əməkhaqqı ilə çalışan kişi ilə ailə qurur və ona hörmətlə yanaşır. Amma təəssüf ki, bu həmişə belə olmur.

Karyerist qadınlar özlərindən aşağı olan kişilərə hörmət etməyəcəklər, ona görə də bu qadınların özlərindən güclü kişi istəməsi normaldır. Bu cəmiyyətdə artıq bu cür formalaşıb. Qadın nə qədər güclü olsa da, özündən güclü kişiyə söykənmək istəyir, bu, konkret olaraq belədir”.

Tacxeber.com

Oxşar xəbərlər