• 28 Noyabr 2024 12:35

Aygün Bəyləri müalicə edəcəyini deyən həkim susdu

Əməkdar artist Aygün Bəylərin ölüm xəbəri ilə bağlı ötən gecə yayılan və bir-birini təkzib edən xəbərlər ictimaiyyəti də çaşbaş saldı. Belə ki, Əməkdar artist Çingiz Əhmədov Aygün Bəylərin ölüm xəbərini təsdiqləsə də, sənətçinin həkimi, Milli Onkologiya Mərkəzinin kimyaterapevti Anar Məmmədov Moderator.az-a xəbəri inkar etdi. O bildirdi ki, Aygün Bəylər Türkiyəyə gəzməyə gedibmiş: “İndi Ankaradan Bakıya gəlir. Onu mən müalicə edəcəm. Vəziyyəti ağırdır. Yarım saat əvvəl danışmışam, gecə saat 3-4 arası bizim xəstəxanada olacaq…” Həkimin bu açıqlaması ictimaiyyətdə mediaya olan inamı sarıstdı. Bir çox tanınmış saytlar Aygün Bəylərin ölüm xəbərini yaydıqları üçün qınansalar da, üstündən bir neçə saat sonra xəbər təsdiqini tapdı. Nəticədə, həkim Anar Məmmədov verdiyi açıqlamaya görə təndiq hədəfinə tuş gəldi.

Pravda.az-ın əməkdaşı məsələyə aydınlıq gətirmək üçün A.Məmmədovla əlaqə saxlayıb.

Milli Onkologiya Mərkəzində zənglərə cavab verən operator əməkdaşımızı Anar Məmmədovla calaşdırsa da, həkim telefonun dəstəyini asıb.

Tacxeber.com

Oxşar xəbərlər