Rusiyanın Novqorod vilayətində M-11 şosesində yol-nəqliyyat hadisəsində 16 nəfər yaralanıb.
Tacxeber.com TASS-a istinadən xəbər verir ki, bu barədə RF-in Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.
“Dəqiqləşdirilmiş verilənlərə əsasən, ümumilikdə 20 nəfər yaralanıb. Onlardan biri körpə olmaqla dörd nəfər ölüb. 16 nəfər xəsarət alıb, onlardan 5-i uşaqdır”, – FHN-dən diqqətə çatdırılıb.