Fransanın təhsil naziri Qabriel Atal dünən istefa verən Baş nazir Elizabet Bornu əvəz edə bilər.
Tacxeber.com “France-Presse”ə istinadla xəbər verir ki, bu barədə (AFP) Elize sarayındakı mənbələr məlumat yayıb.
Nəşr yazır ki, bu varis seçimi ilə Fransa lideri Emmanuel Makron başlanğıcında bir sıra qeyri-populyar islahatlarla yadda qalan ikinci prezidentlik beşillik planına yeni nəfəs verməyə çalışır. Qəzet əlavə edib ki, onların arasında ən səs-küylüsü pensiya yaşını 62-dən 64-ə qaldıran pensiya islahatı olub və bu qərar cəmiyyətdə ciddi narazılığa səbəb olub.
Homoseksual olan 34 yaşlı Atal, əgər hökumət başçısı təyin olunarsa, Fransa tarixində ən gənc Baş nazir olacaq. Bu yolla o, 1984-cü ildə 37 yaşında kabinetin rəhbəri kimi təsdiqlənən Loran Fabiusun “rekord”unu da keçə bilər.