• 25 Noyabr 2024 02:27

Təranə Qumral: “O gün görürəm ki, bir aparıcı müğənnilərdən birini qucağına alıb”

 

“Mənim bu şeydən xəbərim yox idi. Belə də, Musa öz yoldaşını qucağına almışdı. Təzə mod düşüb. İndi hamı Musaya baxıb, bir-birini qucağına alır”. Pravda.az bakıvaxtı.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Təranə Qumral deyib.

Müğənni bir neçə gün öncə “Kanal S”in aparıcısı Anar Yanarsaatın Əməkdar artist Mətanət İsgəndərlini qucağına götürməsinə də münasibət bildirərək, aparıcı və müğənnini tənqid edib:

“O gün görürəm ki, bir aparıcı müğənnilərdən birini qucağına alıb. Ay başınız batmasın, bu kişi mənim neçə illik yoldaşımdır, aldı məni qucağına. Siz niyə bundan öyrənib xalqın yoldaşını qucağınıza aldınız?!”

Tacxeber.com

Oxşar xəbərlər