• 25 Noyabr 2024 00:07

Məşhur mafioz həbsxanadan yoxa çıxdı – Fövqəladə vəziyyət elan edildi

Ölkə prezidentliyinə namizədi qətlə yetirməkdə şübhəli bilinən cinayətkar dəstənin lideri Ekvador həbsxanasının kamerasından yoxa çıxıb.

Ekvadorda iki ay müddətinə fövqəladə vəziyyət elan edilib.

 

Fito ləqəbli Adolfo Macias Villamar 12 il həbsdə olub və eyni zamanda, güclü mafiya qrupuna – “Los Choneros” (“Çone şəhərinin adamları”) başçılıq edib. Villamarın kamerası Quayaquil həbsxanasının bir hissəsində yerləşir və nəzəri cəhətdən xüsusilə diqqətlə qorunmalıdır.

 

Ekvador Prezidenti Daniel Noboa 60 gün müddətinə fövqəladə vəziyyət elan edib, ictimai toplantılara müvəqqəti qadağa və komendant saatı tətbiq edilib. Prezidentin sözlərinə görə, fövqəladə vəziyyət hərbçilərə və polisə ölkə həbsxanalarını birbaşa nəzarətə götürməyə imkan verəcək.

 

“Narkoterrorçu qruplar bizi qorxutmaq istəyirlər və onların tələblərinə tabe olacağımızı düşünürlər”, – deyə Noboa bildirib. “Ancaq biz terrorçularla danışıqlar aparmayacağıq və ölkədə sülhü bərpa edənə qədər dincəlməyəcəyik”.

 

Ekvador polisinin izah etdiyi kimi, Fitonun kamerada olmaması bazar günü aşkar edilib. Fitonun qaçdığı və ya böyük həbsxana kompleksində haradasa gizləndiyi hələ məlum deyil. Polis də Fitonun kameradan dəqiq nə vaxt yoxa çıxdığını bilmir. Polis rəisinin sözlərinə görə, yüzlərlə polis əməkdaşı Fitonu axtarır.

 

Qeyd edək ki, regional həbsxana beş islah müəssisəsini özündə birləşdirən həbsxana kompleksinin bir hissəsidir. Qazamatda 12 mindən çox məhbus saxlanılır.

 

Ötən ilin avqustunda Fito kompleksdəki digər həbsxanaya, La Rokaya köçürülüb. Bu həbsxana az məhbus olduğu üçün daha etibarlı sayılır. Fitonun köçürülməsi bir neçə min əsgərin iştirak etdiyi bütöv bir hərbi əməliyyat idi. Lakin tezliklə Fitonun vəkili onun transferinə qarşı apellyasiya şikayəti verib, bundan sonra mafioz “La Regional”a qaytarılıb.

 

Yeri gəlmişkən, Fito artıq bir dəfə bu həbsxana kompleksindən qaçmışdı. 2013-cü ildə o, digər 17 məhbusla birlikdə La Rokadan qaçaraq komplekslə həmsərhəd olan çayı keçərək qayıqlara minib. Dörd ay sonra Fito və qardaşı, eyni zamanda, “Los Choneros” üzvü, Manta şəhərində analarının evində tutulub. O vaxtdan bəri Fito həbsxanadan çıxmayıb. O, həmçinin, 2020-ci ildə əvvəlki lider Xorxe Luis Zambranonun öldürülməsindən sonra həbsxanadakı qrupun lideri olub. (Konkret)

 

Tacxeber.com

Oxşar xəbərlər