• 24 Noyabr 2024 18:58

“Şövkət Ələkbərova deyirdi, iti görüm, qurdu görüm, Nisəni görməyim”

“Şövkət Ələkbərova deyirdi, iti görüm, qurdu görüm, Nisəni görməyim”

“Ailəm telefonu əlimdən almışdı ki, sosial şəbəkəyə baxmayım. Bəzi şeyləri görməyimi istəmirdilər. Səhhətimə görə”.

Tacxeber.com axşam.az-a istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Nisə Qasımova “Rəngarəng səhər” verilişində deyib.

O, Xalq artisti Şövkət Ələkbərova ilə aralarında yaşanan qalmaqaldan danışıb:

“Əvvəl efirə kimlər çıxırdı, biz də onlara qulaq asır, öyrənirdik. Yeni vaxtlarımda utancaq idim. Bir dəfə verilişə gələndə Şövkət xanımın yanından keçdim. Onu başqasına oxşadıb, salam vermədim. Şövkət xanım baxdı, dedi, boy! Tərslikdən də həmin an geyimimiz eyni idi. Başqa bir proqramda da. Biz oxuyanda hörmət naminə gəlirdik müğənnilərin yanına. Mən də gəldim Şövkət xanımın yanına, üzünü çevirdi. Əbülfət Əliyevə, Rübabə Muradovaya yalvardım ki, məni Şovkətlə barışdırın.

Şövkət deyirdi ki, iti görüm, qurdu görüm, Nisəni görməyim. İnandırmaq istəyirdim ki, onu başqası ilə səhv salmışam. Sonda barışdı. Küsməyimiz də, barışmağımız da səssiz oldu”.

Tacxeber.com

Oxşar xəbərlər