• 24 Noyabr 2024 21:04

Dilarə Səlim bu telekanala rəhbər təyin edildi

Tanınmış jurnalist Dilarə Səlim yeni vəzifəyə təyin olunub.

Tacxeber.com xəbr verir ki, o, bundan sonra “Mədəniyyət” telekanalının yeni direktoru kimi fəaliyyyətini davam etdirəcək.

Qeyd: Dilarə Səlim 1990-cı ildən Azərbaycan Televiziyasında (AzTV) çalışmağa başlayıb. “Televiza”, “Kinofakt” və “Səhər” verilişlərində müəllif-aparıcı olub. 1994-cü ildə “Mir” Dövlətlərarası Teleradioşirkətinin Azərbaycan Milli Nümayəndəliyində şərhçi işləyib. 1997-ci ildə Almaniyanın Qustav Ştrezeman Universitetində televiziya jurnalisti fakültəsində kurslar keçib. 2000-ci ildə “ABA” televiziyasında “Kontra” tok-şousunun müəllifi və aparıcısı olub. 2001-ci ildə “İnternyus” televiziya şirkətinin Azərbaycan təmsilçiliyində prodüser və aparıcı olaraq “Media və Mən” verilişini hazırlayıb. 2007-ci ildən AzTV-də “Səhər” proqramında müəllif və aparıcı, “Xəbərlər”də isə aparıcı kimi işləyib. “Səadət” qadın proqramının müəllif və aparıcısı olub. 2018-ci ildən AzTV-nin “Mədəniyyət xəbərləri”nin baş redaktoru, “Görüş yeri” verilişinin müəllif və aparıcısı olub. O, 2020-ci ildən “AzTV Xəbər”in aparıcısıdır.

Tacxeber.com

Oxşar xəbərlər