Hər bölgəsində fərqli ləzzətə sahib olan mətbəximizin ləziz yeməklərindən biri də Pip dolmasıdır.
Fərqli dada və görünüşə sahib olan bu dolma İsmayıllıya xas olan bir yeməkdir. Pip dolması vələs ağacının yarpağından hazırlanır.
Pip dolmasını bişirmək üçün vələs yarpağından başqa bizə ət, soğan, düyü, duz, istiot və şüyüd lazımdır. Bu dolmanın hazırlanması üzüm yarpağı ilə bişirilən dolmanın hazırlanmasından çox da fərqlənmir.
Çəkilmiş ət, soğan, düyü, duz və istiotu qarışdırırıq, üzərinə xırda doğranmış şüyüd əlavə edib yaxşıca yoğururuq. Sadəcə bəzi nüanslara diqqət yetirməyiniz lazımdır.
Vələs ağacının müalicəvi, yumşaq və çox incə yarpaqları bu dolmaya xüsusi dad və ətir verir. Pip yarpağı il ərzində cəmi bir dəfə, bahar fəslində, may ayında yığılır.
Pip dolmasını məşhur üzüm yarpağından hazırlanan dolmadan fərqləndirən isə nisbətən açıq rəngi və özünəməxsus ətridir.
Ocağa qoyulan yemək 20 dəqiqə qaynadıqdan sonra hazırdır.