• 24 Noyabr 2024 17:44

Respublikaçıların 49 faizi Trampı dəstəkləyir

Amerikanın keçmiş lideri Donald Trampın ABŞ-nin ən yüksək hökumət postuna Respublikaçılar Partiyasının namizədi kimi irəli sürülməsini onun ölkədəki tərəfdarlarının 49%-i dəstəkləyir.

 

Bu göstərici çərşənbə günü “Reuters” agentliyi və “Ipsos” xidmətinin birgə keçirdiyi sosioloji sorğunun nəticələrinə əsasən ortaya çıxıb.

 

Bu məlumatlara görə, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd kimi BMT-dəki keçmiş daimi nümayəndə Nikki Heylini respondentlərin 12 faizi, Florida qubernatoru Ron DeSantisi 11 faizi, iş adamı Vivek Ramasvamini 4 faizi, Nyu-Cersinin keçmiş qubernatoru Kris Kristini isə 4 faizi dəstəkləyib. Sorğu iştirakçılarının 22%-i digər siyasətçiləri dəstəkləyib və ya sorğuya cavab verməyib.

 

Sorğu yanvarın 3-dən yanvarın 9-dək Respublikaçılar Partiyasının tərəfdarı olduqlarını bildirən bütün ölkə üzrə 1900-dən çox amerikalı arasında aparılıb. Sorğunun sualları onlara onlayn şəkildə ünvanlanıb.

 

Qeyd edək ki, Kris Kristi artıq seçki yarışını dayandırdığını elan edib.

 

Xatırladaq ki, ABŞ-də növbəti prezident seçkiləri noyabrda keçiriləcək. Demokrat Partiyasını təmsil edən hazırkı Amerika lideri Co Bayden ən yüksək hökumət postuna yenidən seçilmək istədiyini 2023-cü ilin aprelində açıqlayıb. Keçmiş Amerika Prezidenti Donald Tramp isə seçki yarışında iştirak edəcəyini 2022-ci ilin noyabrında elan edib. (Yeniavaz)

Tacxeber.com

Oxşar xəbərlər