• 25 Noyabr 2024 13:18

Kişilərdə potensiyanı yaxşılaşdıran, bronxit zamanı faydalı – BADAM SÜDÜ

 

Badam südü dünyanın bir çox ölkəsində geniş istifadə edilən badam südü insan orqanizmi üçün olduqca faydalıdır.

Tacxeber.com badam südünün faydalarını və hazırlanma qaydasını təqdim edir:

 Faydaları:

 – Tərkibində xolestrin olmadığı üçün ürək-damar sisteminin xəstəliklərinin qarşısını alır

– Sinir sistemi üçün çox faydalıdır – sakitləşdirir, beyinin fəaliyyətini, yaddaşı yaxşılaşdırır

– İmmuniteti artıraraq xəstəliklərdən qoruyur

– Xüsusilə, öskürək və bronxit zamanı faydalıdır

– Böyrəkdəki duzları təmizləyir

– Maddələr mübadiləsini sürətləndirir

– Kişilərdə potensiyanı yaxşılaşdırır

 Hazırlanma qaydası:

30 badam ləpəsi götürülür, üzərinə 1 stəkan qaynar su tökülür, 20 dəqiqə saxlanır, qabıqları soyulur. Ağardılmış badamı blenderə tökürük, üzərinə 100 ml qaynanmış su əlavə edirik, yaxşı əzirik. Alınmış badam südünü tənzifdən süzürük, üzərinə 200 ml inək südü əlavə edirik, qarışdırırıq. (İnək südü allergiyası olanlar əlavə etməməlidir). Südə 1 çay qaşığı bal və bıçağın ucunda darçın əlavə edirik, qarışdırırırq və içirik.

Qeyd edək ki, badam südünü hər gün 1 stəkan olmaqla içmək olar.

Tacxeber.com

Oxşar xəbərlər