ABŞ-da qızlara qarşı cinsi zorakılıq və pedofiliyada ittiham olunarkən həbsxanada ölü tapılan amerikalı milyarder Cefri Epşteyn ilə bağlı fayllar bir-bir üzə çıxır.
Tacxeber.com xəbər verir ki, məşhur iş adamlarının və Hollivud ulduzlarının adları da Epşteynin pedofillər siyahısına daxil edilir. PKK və FETÖ üzvlərini dəstəkləyən, Türkiyə düşmənçiliyi ilə tanınan “filosof” Noam Çomskinin də Epşteyn ilə yaxın münasibəti var. O, Epşteyndən 270 min dollar aldığını da təsdiqləyib.
Bu şəbəkəyə daxil olan adlar Qərb sivilizasiyasının başqa bir çirkin tərəfini göstərir. Həmin adlardan bəzilərini təqdim edirik:
Microsoft qurucusu Bill Qeyts, ABŞ-ın keçmiş prezidenti Donald Tramp, dünya şöhrətli illüziyaçı Devid Kopperfild, aktrisa Cim Kerri, müğənnilərdən isə Beyons, Qven Stefani, Ledi Qaqa, Keti Perri kimi tanınmış adlar var.
Qeyd edək ki, 2020-ci ildə keçmiş İsrail kəşfiyyatçısı Ari Ben-Menaşe Epşteynin İsrail agenti olduğunu, bu qalmaqalların Mossad üçün məlumat toplamaq və məşhur adları şantaj etmək üçün edildiyini söyləyib.