Müğənni Nadir Qafarzadə növbəti dəfə paylaşımı ilə gündəmə gəlib.
Tacxeber.com xəbər verir ki, ifaçı təyyarə fotostudiyasında fotosessiya etdirib.
Fotoda qarşısındakı boşqabdakı “dollar”a çəngəl batıran müğənni tənqid edilib.
Paylaşımına “Ac olanda, mən. Göz doymur” şərhini yazan ifaçı bu addımı ilə türkiyəli həbs edilən influenser Dilan Polata bənzədilib.
Sosial şəbəkə istifadəçiləri onun bu fotosuna “Dilan Polat yadıma düşdü”, “Özün sənətkar adlandıran birinə yaraşmayan paylaşım”, “Dilan Polat kimi bunu da tutarlar”, “ayıb”, “Allah gözünü doydursun”, “Sonradan görməyin nəticəsi belə olur” və s. şərhlər yazıblar.
Bununla belə ifaçını dəstəkləyənlər və görüntülərin klip çəkilişinə aid olduğunu yazanlar da olub.
Daha sonra bu görüntülərin klip çəkilişinə aid olduğu üzə çıxıb.
Qeyd edək ki, N.Qafarzadə daha əvvəl də mətbəxdə bir xanımla görüntülərini paylaşaraq “təzə arvad budu” sözlərini yazması müzakirə edilmişdi. İzləyicilərinin yarısı bunu zarafat kimi qəbul etsə də, bir qisim onu tənqid etmişdi.