Məşhur müğənni Şakiranın həyat yoldaşı olduğunu iddia edən Daniel Con Valtye adlı şəxs Mayamidə həbs edilib.
Tacxeber.com axşam.az-a istinadən xəbər verir ki, həmin şəxs Şakiraya hədiyyələr – şərab, şokolad və oyuncaqlar göndərirmiş.
Bildirilib ki, o, həbs olunmazdan əvvəl taksi ilə ifaçının evinə gəlib. Həbs edilən və məhkəmə qarşısına çıxarılan Daniyel Şakiradan uzaq durmaq əmrlərinə tabe olmayacağını deyib:
“O, mənim həyat yoldaşımdır. Hər zaman onunla danışıram”.
Hakim onun barəsində girov pulunu ikiqat artıraraq 100 min dollara çatdırıb.
Qeyd edək ki, Daniyel 1988-ci ildə də həbs edilib. O, sonuncu dəfə 2019-cu ildə El Pasoda cinayətə görə həbsdə olunub.
Şakira eks-sevgilisi, “Barselona”nın keçmiş müdafiəçisi Jerar Pikedən xəyanətə görə ayrılıb. İkili 11 il münasibətdə olub. Onların iki oğul övladı var – 9 yaşlı Milan və 7 yaşlı Saşa