• 22 Sentyabr 2024 20:28

Tanzaniyada qızıl mədəni çökdü, 20-dən çox mədənçi öldü

Tanzaniyada qızıl mədəni çökdü, 20-dən çox mədənçi öldü

Tanzaniyanın şimalında qızıl mədəninin çökməsi nəticəsində azı 21 mədənçi həlak olub.

“Report”un “Sinxua”ya istinadən verdiyi xəbərə görə, bu barədə yerli hökumətin nümayəndəsi Yahaya Navanda bildirib.

Onun sözlərinə görə, şaxta güclü yağış nəticəsində dağılıb: “Ölənlərlə yanaşı itkin düşənlər də var. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir”.

Qəza zamanı mədəndə olan şaxtaçıların dəqiq sayı məlum deyil.

Tacxeber.com

Oxşar xəbərlər