Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVİD-19-un hələ də qlobal miqyasda risk yaratdığı barədə məlumat yayıb.
Bu barədə qurum nümayəndəsi Mariya Van Kerxove açıqlama verib.
Onun sözlərinə görə, COVİD-19 infeksiyası bütün dünyaya yayılmaqda davam edir.
ÜST-ün nümayəndəsi xəstəliyin yayılma səviyyəsinin göstərilən rəqəmlərdən 19 dəfə yüksək olduğunu, dekabrda xəstəlik nəticəsində 10 insanın öldüyünü göstərən rəqəmlərin cəmi 50 ölkədən alındığını vurğulayıb.
O bildirib ki, ötən ilin dekabr ayında noyabr ayı ilə müqayisədə koronavirusa görə xəstəxanaya yerləşdirilənlərin sayı 42%, reanimasiya şöbələrinə qəbulların sayı isə 62% artıb.