• 25 Noyabr 2024 15:25

Ekvadorda girovlar azadlığa buraxılıb

“Silahlı dəstə üzvləri tərəfindən girov götürülən həbsxana əməkdaşları azadlığa buraxılıb” 

Bu barədə Ekvador Penitensiar Xidməti məlumat yayıb.

“Penitesiar xidmətin və polisin birgə səyi nəticəsində bir neçə təcridxanada saxlanılan təhlükəsizlik və penitensiar nəzarət zabitləri, eləcə də inzibati işçilər azad edilib”,- Ekvador XİN bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl silahlı dəstələrin Ekvador həbsxanalarında ən azı 139 əməkdaşı girov götürdüyü barədə məlumat verilib.

Tacxeber.com

Oxşar xəbərlər