• 25 Noyabr 2024 10:44

“Titrəməyə başladım, get-gedə nəfəs almağım çətinləşirdi” – Yüzbəyova

 

Bloger Xatirə Yüzbəyova qarlı havada avtomobil idarə edərkən başına gələnlər hadisə barədə danışıb. O, ciddi şəkildə qorxduğunu, yollarda vəziyyətin bərbad olduğunu və belə hava şəraitində bir daha küçəyə çıxmayacağını ifadə edib.

Tacxeber.com xəbər verir ki, tanınmış sima panik atak keçirdiyini, gördüyü mənzərədən sonra sarsıldığını bildirib.

“Tbilisi prospekti bərbad gündə idi. Maşınlar sürüşürdülər. İnanın, bütün yolu dua edə-edə, 10 km/saat sürətlə hərəkət etmişəm. Maksimum 15-20 km/saat ilə gedirdim. Necə qorxurdum, necə qorxurdum… Deyəsən, ilk dəfə idi ki, panik atak oldum. Titrəməyə başladım, get-gedə nəfəs almağım çətinləşirdi, ürəyim bərk döyünürdü. İki ildir, maşın idarə edirəm, qar yağanda avtomobillə küçəyə çıxmıram. Xəbərlərdə gördüm ki, ayın 14-15-i yollar donacaq, mən də dedim ki, hə, sabah, biri gün çıxmayacağam. Mən nə bilim ki, ad günündən çıxacağam, yollar bu gündə olacaq. İnanmazsınız, həyatımda nə zaman bu qədər qorxduğumu xatırlamıram”, – bloger söyləyib.

Xatirə Yüzbəyova hadisədən sonra hələ də özünə gələ bilmədiyini söyləyib: “Bilirsiniz, ən çox nədən qorxdum? Qabağımda “S-Class” var idi, sürüşürüb arxa-arxaya gəlirdi, güclə dayandı. Qaz pedalını sıxıram, görürəm ki, təkərlər yerində eşir, getmir. Dedim, mən neyləyəcəyəm, qazı, əyləci bərk sıxmaq olmaz. Avtobus sürücüsü gördü ki, çox pisəm, dedi ki, qazı və əyləci yavaş sıx, ara məsafəsi çox saxla. Hələ də özümə gələ bilmirəm, mən qələt edərəm, bu havada çölə çıxaram. Mənim maşınım hələ cipdir. Özümü o qədər söymüşəm, bütün yolu ağlamışam”.

Tacxeber.com

Oxşar xəbərlər