• 20 Sentyabr 2024 12:38

Biləyi incə olanlar diqqət – Risk qrupuna aid ola bilərlər…

Biləyi incə olanlar diqqət - Risk qrupuna aid ola bilərlər...

Bilək ağrıları ciddi xəstəliyin əlaməti ola bilər. Bu səbəbdən həmin problemə laqeyd yanaşmamaq lazımdır. 

Tacxeber.com xəbər verir ki, Ortopediya və Travmatologiya Mütəxəssisi Op. Dr. Ömər Yonqa məsələ ilə bağlı xəbərdarlıq edib:

“Məsələn, karpal tunel sindromunda sinirin uzun müddət sıxılması onun qalıcı zədələnməsinə səbəb ola bilər. Yenə də vətər iltihabı müalicə olunmazsa, bu, uzun müddətli funksiya itkisinə və tendonun zədələnməsinə səbəb ola bilər. Odur ki, bilək ağrısı ciddi qəbul edilməli və altında yatan səbəb aşkarlanmalıdır”.

Yeditepe Universiteti Koşuyolu Xəstəxanası Ortopediya və Travmatologiya mütəxəssisi bildirib ki, əl hərəkətlərinin yerinə yetirilməsində çox əhəmiyyətli rolu olan biləkdə ağrının səbəbi ümumi oynaq problemlərindən biridir:

“Uzun müddət kompüter qarşısında oturan, idmanla və ya təkrarlanan bilək hərəkətləri tələb edən bir işlə məşğul olanlar bilək ağrısı baxımından potensial risk qrupundadırlar. Ancaq bilək ağrıları potensial xəstəliklər və travmalardan sonra da meydana gələ bilər. Bu məqamda həkimə vaxtında müraciət etmək mütləqdir”.

Həkim insanın biləyinin nazik və ya qalın olmasının bu nahiyədə meydana gələ biləcək problemlər üçün risk yarada biləcəyini söyləyib:

“Nazik biləkdə ümumiyyətlə daha az yumşaq toxuma var. Belə olanda vətər və bağlar daha qabarıq görünə bilər və bu strukturların xarici faktorlara qarşı daha həssas olmasına səbəb olur. İncə biləkli fərdlər eyni qüvvələrə məruz qaldıqda, bu qüvvə fərdin biləyində daha çox hiss olunaraq yaralanma riskini artıra bilər. Unudulmamalıdır ki, bilək quruluşu bilək problemlərinin tək müəyyənedicisi deyil. Fəaliyyət səviyyələri, yaşı, ümumi sağlamlıq vəziyyəti, məşq “vərdişlər və iş şərtləri kimi bir sıra faktorlar da təsirli ola bilər”.

Tacxeber.com

Oxşar xəbərlər