• 20 Sentyabr 2024 08:41

Hər gün bundan içib arıqlayın

Hər gün bundan içib arıqlayın

Şişkinlik uzun müddət davam etdiyindən orqanizmi narahat edən vəziyyətdir. Bu problemi qida vasitəsiylə həll etmək mümkündür.

Tacxeber.com axşam.az-a istinadla xəbər verir ki, şişkinliyi aradan qaldırmaq üçün ilk növbədə qəbizlikdən xilas olmaq lazımdır.

Bunun üçün aşağıdakı qida vasitələrindən istifadə edin:

Şüyüdün tərkibində A vitamini, B qrupu vitaminləri, C vitamini, D vitamini, dəmir, kalsium, sink, lif, kalium və maqnezium var. Bu bitkinin toxumlarından əldə edilən çay sağlamlığa faydaları ilə seçilir. Şüyüd çayının istehlakı həzmi rahatlaşdıran ən təsirli təbii qaynaqlardan biridir. İstifadə edildikdən sonra həzm şirələrinin və fermentlərin ifrazını sürətləndirər.

Beləliklə, həzm prosesini asanlaşdırır.

Şüyüd toxumu qaz problemlərini aradan qaldıran və spazmların qarşısını alan təsirə malikdir. O, həmçinin qıcıqlanmış bağırsaq sindromu və qastroezofageal reflüks nəticəsində yaranan şişkinlik və ürək yanması problemlərinə yaxşı təsir edir.

Həzm sistemində narahatlığı aradan qaldırmaqla yanaşı, mədədəki kramp problemini də yox edir. Yüksək miqdarda pəhriz lifinə malikdir. Bu xüsusiyyəti sayəsində bağırsaq hərəkətlərinin tənzimlənməsində rol oynayır. Qəbizlik probleminin həllində təsirlidir. Həm də qəbizliyi aradan qaldırmaq, həm də meydana gəlməsinin qarşısını almaq üçün yaxşıdır.

Şüyüd çayının bu təsirlərindən faydalanmaq üçün yeməkdən sonra bir stəkan içə bilərsiniz. Gün ərzində 2-3 stəkandan çox istehlak edilməməlidir. Eyni zamanda arıqlamağınıza yardımcı olacaq.

Tacxeber.com

Oxşar xəbərlər