• 24 Noyabr 2024 13:02

“Baydenin ipə-sapa yatmadığına görə Netahyahudan acığı gəlir…”

“Bayden Netanyahu ilə telefon danışığını qəflətən kəsərək ucadan deyib ki, “söhbət bitdi”…”

“Ərəb-İsrail münaqişəsi olmayan Yaxın Şərqin formalaşması perspektivləri qarşıdakı seçkilərdə demokratlara kömək edə bilər…”

ABŞ prezidenti və onun ətrafı amerikalı demokratların Qəzzada mövqeyini yumşaltmaqla bağlı məsləhətlərinə rəğmən İsrail baş nazirinin yola gəlməməklə sərgilədiyi davranışdan əsəbilik keçirir.

Tacxeber.com xəbər verir ki, bu barədə Amerikanın solçu “Axios” nəşri yazıb.

Baydenin ölkə daxilində siyasi reytinqi bahasına İsrailə açıq dəstək verməsinə rəğmən, o, baş nazir Binyamin Netanyahunun necə müharibə aparmasından “böyük məyusluq” keçirir.

İki lider arasında gərginlik pik həddə çatıb. Nəşrin məlumatına görə, ötən ay Bayden qəflətən Netanyahu ilə telefon danışığını kəsərək ucadan “söhbət bitdi” deyib.

ABŞ həmçinin Qəzza bölgəsində mülki əhali arasında qurbanların davam etməsindən narahatdır, çünki bu, ölkə daxilində kəskin etirazlara səbəb olur.

Amerika administrasiyasında adları çəkilməyən bir neçə məmura istinadən nəşr iddia edir ki, “prezidentin səbri tükənmək üzrədir”, çünki Netanyahu “ABŞ-ın prioritet tələblərini” icra etmir.

Bu tələblər arasında jurnalistlər Fələstin administrasiyasının “vergi pullarının” (bu vəsaitlər hələ oktyabr ayında maliyyə naziri Smotriç tərəfindən dondurulub) köçürülməsi, Qəzzaya buraxılan humsnitar yardımın həcminin artırılması, habelə Fələstin administrasiyasının bölgənin müharibədən sonra idarə edilməsində rolunu müzakirə etmək arzusunun olmamasını qeyd edir.

Lakin ən başlıcası amerikalılar Qüdsün “döyüş əməliyyatlarının intensivliyinin aşağı fazasına” keçməsi ilə bağlı Vaşinqtonun gözləntilərini doğrultmayacağından ehtiyat edir.

Bütün bunlar amerikalılara Yaxın Şərqin yenidən qurulması üzrə özünün başlıca planının prezident seçkilərinədək gerçəkləşməsinə imkan vermir.

Bu plana sünni Səudiyyə Ərəbistanı ilə münasibətlərin nizama salınması yolu ilə İsrailin “sakitləşdirilməsi”, bunun üçün isə Fələstin dövlətinin yaradılması daxildir, çünki bunsuz səudiyyəlilər formal olaraq İsraili tanımağa və üstəlik onunla rəsmi münasibətlər qurmağa hazır deyil.

Bu yaxınlarda Yaxın Şərqə səfər edən ABŞ dövlət katibi Entoni Blinken Fələstin Muxtariyyətinin sədri ilə bu qurumun terrora və korrupsiyaya daha az, konstruktivliyə daha çox meylli olması üçün muxtariyyətdə islahatların aparılması ilə bağlı razılığa gəlməyə cəhd edib.

Mahmud Abbas hökumətin tərkibini dəyişməyə razılaşıb, lakin bunu “vergi pullarının” dondurulmasına son qoyulması ilə şərtləndirib.

İsrail hökuməti muxtariyyətin əməldə terrordan və HƏMAS-dan əl çəkdiyini sübut etməyincə bu vəsaitlərin dondurulmasına son qoymaqdan imtina edir.

Ərəb-İsrail münaqişəsi olmayan Yaxın Şərqin formalaşması perspektivkəri demokratlara qarşıdakı prezident seçkilərində, xüsusilə Əfqanıstanda iflasdan sonra və Co Baydenin ümumi reytinqinin aşağı olması fonunda əhəmiyyətli dərəcədə kömək edə bilər.

Tacxeber.com

Oxşar xəbərlər