Argentinalı hücumçu Lionel Messi Beynəlxalq Futbol Federasiyası (FIFA) tərəfindən 2023-cü ilin ən yaxşı futbolçusu seçilib.
Tacxeber.com xəbər verir ki, mükafatlandırma mərasimi Londonda keçirilir.
Mükafata İngiltərənin “Mançester Siti” klubunda çıxış edən norveçli hücumçu Erlinq Haaland və fransalı PSJ-nin hücumçusu Kilian Mbappe də namizəd olub.
Qeyd edək ki, 2022-ci ilin dekabrında Messi Argentina millisinin tərkibində Qətərdə dünya çempionu oldu. Hücumçu yeddi matçda yeddi qol vuraraq turnirin ən yaxşı oyunçusu kimi tanınıb. Forvard ötən mövsümü “Paris Saint-Germain”də keçirib. Burada Fransa çempionu və turnirin ən yaxşı assistenti (16 məhsuldar ötürmə) olub.