• 25 Noyabr 2024 00:19

“Belə şeylərin yazılmasını jurnalistlərə yaraşdırmıram”  – Tağı Əhmədovun xanımı

 

“Belə şeylərin yazılmasını jurnalistlərə yaraşdırmıram”  - Tağı Əhmədovun xanımı

“Tağı müəllim sıradan sadə adamdır. Onu səhhəti ilə bağlı xəbərlərin yayılmasını istəmirəm”. 

Tacxeber.com xəbər verir ki, bunu Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun həyat yoldaşı Salatın Əhmədli deyib. O bildirib ki, sabiq rəisin səhhəti yaxşıdır, heç kim narahat olmasın.

“Jurnalistlərə hörmətim var. Ancaq nəzərə alın ki, Tağı müəllim sadə adamdır. Onun səhhəti ilə bağlı xəbərlərin yayılmasını istəmirəm. Belə şeylərin yazılmasını jurnalistlərə yaraşdırmıram”.

Qeyd edək ki, bir müddət əvvəl mediada T.Əhmədovun səhhətinin pis olması xəbəri yayılmışdı. Həkimlər ona onurğa-beyin iltihabı diaqnozu qoyublar. O özü jurnalistlərə açıqlamalarında uzun müddət şəkər xəstəliyindən əziyyət çəkdiyini, yeriyə bilmədiyini demişdi.

Tağı Əhmədov 1998-ci ildə Bakı Metropoliteninin rəisi təyin edilib. 16 il bu vəzifədə çalışıb və 27 fevral 2014 tarixində işdən çıxarılıb. Bakı Metropolitenindəki rəhbər vəzifəni itirəndən sonra Tağı Əhmədov uzun müddət Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının sədri vəzifəsini icra edib. YAP İdarə Heyətinin 10 oktyabr 2021-ci il tarixində keçirilən iclasında bu vəzifədən də azad edilib. Əvəzində YAP onu partiyanın Veteranlar Şurasına üzv seçib. (AzVision.az)

Tacxeber.com

Oxşar xəbərlər