• 20 Sentyabr 2024 15:52

Benzema Fransanın daxili işlər nazirini məhkəməyə verdi

Benzema Fransanın daxili işlər nazirini məhkəməyə verdi

Əl-İttihad”ın hücumçusu Kərim Benzema onu terror təşkilatı ilə əlaqədə olmaqda ittiham edən Fransanın daxili işlər naziri Cerald Darmanini məhkəməyə verib. 

QOL.az xəbər verir ki, bunu futbolçunun vəkili Hugues Vigier “RTL France”yə açıqlamasında deyib:

“Biz insanları ümumbəşəri məsələdə qınayırıq. Bunun da onların ailələri üçün ciddi fəsadları olur. Biz Fransada parçalanma yaradırıq. Bu cür bəyanatları başa düşməyən çoxlu insanlarımız var. Bəziləri Benzemanı qovmaq istəyir, bəziləri isə onun haqqında artıq danışırlar. Bu, özünü siyasətçi adlandıran şəxsin etməli olduğu işin tam əksidir”.

Benzema bir müddət əvvəl İsraillə hərbi münaqişədə Fələstin xalqının yanında olduğunu bildirmişdi.

Qeyd edək ki, Kərim Benzema 2023-cü ilin yayında azad agent kimi Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna keçib. Bu mövsüm futbolçu “Əl-İttihad”ın heyətində bütün turnirlərdə 11 oyun keçirib, 6 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun Səudiyyə klubu ilə müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi qüvvədədir.

Tacxeber.com

Oxşar xəbərlər